Azərbaycanın daha bir hərbçisi həlak olub, biri isə ağır yaralanıb

Hərbi maşın minaya düşüb

Hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o həkimlərin nəzarəti altındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar