ABŞ ordusuna məxsus ağır hərbi texnika Litvaya daşınır - Video

Əhali yeni müharibənin başlayacağından ehtiyat edir

ANS PRESS-in məlumatına görə, qatarlarla aparılan hərbi texnika Estoniyadan Litva istiqamətində hərəkət edib. Latviya ərazisində isə hərbi texnikanı görən sakinlər qorxuya düüşüblər.

Latviya mətbuatının yazdığına görə, qatarda təxminən 40 hərbi texnika olub. Latviya sakinləri hərbbi texnikanı daşıyan qatarı kameraya çəkərək internetə yerləşdiriblər.

ABŞ ordusuna məxsus hərbi texnikanın yerinin dəyişdirilməsi böyük səs-küyə səbəb olub. Təşvişə düşən əhali yeni müharibənin başlayacağından ehtiyat edir.

Məsələ ilə bağlı hələlik heç bir qurum rəsmi açıqlama verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar