Məşhur müğənninin separatçılara dəstəyi qalmaqal yaratdı

[caption id="attachment_77046" align="alignleft" width="300"] Anna Netrebko (sağa) və qondarma Novorossiya Parlamentinin sədri Oleg Tzarev "Novorossiya bayrağı" ilə poza verir. Sankt Peterburq, 8 dekabr 2014[/caption]

Anna Netrebko təkcə Rusiyada yox, bütün dünyada məşhur olan opera müğənnisidir. Amma onun Ukraynanın şərqindəki rusiyameylli separatçılara dəstək verməsi, hətta qondarma "Novorossiya bayrağı" ilə poza verməsi qalmaqal yaradıb.

Ötən həftənin sonu Netrebko Sankt-Peterburqda qondarma "Novorossiya Respublikası"nın parlament sədri Oleg Tsaryov-la birlikdə mətbuat konfransı keçirib və bəyan edib ki, Donetsk Opera Teatrına 1 milyon rubl (təxminən 18 min dollar) iyanə verir.

Tsaryov Avropa Birliyinin sanksiya siyahısına salınmış separatçı liderlərdəndir.

Müğənni israr edir ki, onun bu addımı siyasət yox, "sırf incəsənət məsələsidir".

Amma Ukraynada bu izah heç kəsi inandırmayıb. Azadlıq radiosunun məlumatına görə, onu hətta "faşist" adlandıranlar da var.

Anna kazak ailəsində doğulub. Onun nişanlısı əslən azərbaycanlı opera müğənnisi Yusif Eyvazovdur.

Sosial şəbəkələrdə isə Netrebkonun ABŞ və Avropa turlarını boykot etməyə çağıran kampaniya başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar