"Koalisiyanın formalaşdırılmasına Rüstəm İbrahimbəyovun zəngindən sonra cəlb olundum" 

Lale ShovketLalə Şövkətdən Milli Şuraya ittihamlar: “Mən belə adamlarla işləyə bilmərəm”

Liberal partiyanın sədri Lalə Şövkət Hacıyeva Milli Şuranı tərk etməsi barədə KİV-lərdə yayılan xəbərlərə aydınlıq gətirib. Keçmiş dövlət katibi Virtualaz.org əməkdaşı ilə söhbətində deyib ki, o əslində yer almadığı strukturu tərk edə bilməzdi. “Milli Şuranın yaradılması haqda danışıqlar Eldar Namazov, AXCP və Musavat arasında bağlı qapılar arxasında getdi. Yeni layihənin mahiyyəti barədə heç kimin təsəvvürü olmadı. Mən bu koalisiyanın formalaşdırılmasına ancaq Rüstəm İbrahimbəyovun zəngindən sonra cəlb olundum. O, situasiya haqda mənə danışdı və yeni müxalifət koalisiyasına daxil olmağımı xahiş etdi. Biz İbrahimbəyovla hələ Moskvadan yaxşı tanışıq”, - Lalə Şövkət bildirib.

Liberal partiyanın sədri deyib ki, hələ o vaxt Milli Şurada bir-birinə salam verməyən siyasətçilərin təmsil olunduğunu deyib və belə adamlarla bir masa arxasında oturmaq fikrində olmadığını bildirib: “Belə razılaşma oldu ki, mən bu təşkilata ancaq Rüstəm İbrahimbəyov Azərbaycana qayıdarsa daxil olaram. Ancaq bundan sonra iyun ayında mənə Eldar Namazov zəng etdi. Və R.İbrahimbəyov Rusiya vətəndaşlığı məsələsini həll edə bilməyəndən sonra E.Namazov və Sülhəddin Əkbər mənimlə görüşə gəldi. Biz situasiyanı detallı şəkildə müzakirə etdik, mən dedim ki, bu layihə nə strateji, nə taktiki baxımdan düzgün hesablanmayıb”.

Lalə Şövkət daha sonra deyib ki, bu adamlar R.İbrahimbəyovu ciddi şəkildə aldatdılar. “O, bütün müxalifəti birləşdirməyə imkan tapan kimi güclü hücumlarla qarşılaşdı. “Yeni Müsavat” qəzeti Milli Şuraya və İbrahimbəyova qarşı fəal kampaniya apardı. Bu kampaniyanın təşkilatçıları inandırmağa çalışırdılar ki, Milli Şura Rusiyanın layihəsidir. Sual olunur: əgər Milli Şura Rusiya layihəsi idisə bəs Musavat, AXCP və Eldar Namazovun qismində qərbyönümlülər niyə onun yaradılmasında fəal iştirak edirdilər?”, - Lalə Şövkət bildirib.

Keçmiş dövlət katibi əlavə edib ki, indi bu qüvvələr Milli Şuranı yenidən Ictimai Palataya çevirdilər: “Mən bunda məntiq görmürəm”. Lalə Şövkət əlavə edib ki, R.İbrahimbəyov pasport məsələsini həll edə bilməyən kimi bu adamlar qəzetlərində ona qarşı təbliğata başladılar. “Mən belə adamlarla işləyə bilmərəm. Onlar məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam. Düzdür, mən Heydər Əliyevin komandasının üzvüydüm və bununla fəxr edirəm. Bu, həyatımın bir səhifəsidir. Mən onunla işləmişəm. Onlar şəxsiyyət və siyasətçilər olaraq heç vaxt Heydər Əliyevə tay ola bilməzlər...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar