Qurban Məmmədov məhkəmədə ekspertləri rüsvay etdi

Tanınmış vəkilə qarşı qurulan oyun tam ifşa olunmaqdadır

Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə tanınmış hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi. Məhkəmədə yol-nəqliyyat hadisələri üzrə ekspert Polad Ismayılovun verdiyi rəy üzrə ifadəsi dinlənildi.

Öncə Qurban Məmmədov zərərçəkmişin qanunla hansı status daşımasını ekspertdən soruşdu. Ekspertin onun piyada olduğunu deməsi, Qurban Məmmədovun etirazıyla qarşılandı və ekspertdən hansı qanuna istinad edərək bu nəticəyə gəldiyini soruşdu.

Ekspert: Yol-nəqliyyat hadisələrinin ekspertizasının aparılmasında avtomobillə vurulan şəxslər piyada hesab olunur.

Qurban Məmmədov: Maşın vuran hər bir adamın piyada olması hansı qanunda göstərilir?

Ekspert: Sizin avtomobillə vurduğunuz adamın vəzifəsi nədir?

Qurban Məmmədov: Siz rəyinizdə yazmısınız ki, guya mən “Yol Hərəkəti Haqqında Qanun”un 42-ci maddəsinin 13-cü hissəsini pozmuş, idarə etdiyim avtomobillə təhlükəsizliyi təmin etməmiş, piyada Abbasovun ayağının üzərindən keçməklə onun sağlamlığına ağır xəsarət yetirmişəm. Düzdür?

Ekspert: Düzdür.

Qurban Məmmədov: Son 10 ildə küçə kənarlarında, xüsusilə də paytaxt Bakıda əynində xüsusi geyim olan, sürücülərdən haqq almaqla, müvafiq dövlət orqanlarının, polis, vergi, bələdiyyə və s. gözü qarşısında “bələdçilər”, “parkovşiklər” və ya “duracağa baxan” adı altında fəaliyyət göstən adamlar var. Sürücülər arxaya hərəkət, parklama və s. kimi hərəkətləri onların köməyi və komandası ilə etməklə onlara haqq ödəyirlər. Varmı bu hallar? Var (Ekspert də öz növbəsində təsdiqləyir). Zərərçəkən Pərviz Abbasov da ilkin istintaqda və məhkəmə ifadələrində gostərir ki, o, hadisə baş verən yerdə “parkovşik” işləyir və sürücülərə maşınlarını saxlamağa kömək etməklə gündəlik 35-40 manat pul qazanaır. Həmin pulun bir hissəsini hansısa orqanlara ödəyir, qalan pulu şəxsi məqsədlər üçün istifadə edir. Demək, o və bu qəbildən olan adamlar yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 13-cü hissəsinin son cümləsində piyada yox, digər şəxslər adlandırılır. Amma ekspert yazanda ki, Qurban Məmmədov yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 13-cü hissəsini pozub, o maddəni sonacan yazmayıb. Məhz həmin hissədə gstərilir ki, sürücü arxanı görmədikdə başqa şəxslərin köməyindən istifadə etməlidir. Etmirsə, sürücü məsuliyyət daşıyır. Zərərçəkən şəxs də həmin ərazidə haqq alaraq sürücülərə bu istiqamətdə xidmət göstərir. Demək, bu adam iş başındadır, piyada hesab oluna bilməz.

Qurban Məmmədovun bu halla bağlı konkret qanuna istinad etməsi eksperti çıxılmaz vəziyyətə saldı və verdiyi rəyin heç bir hüquqi əsası olmadığı ortaya çıxdı.

Qurban Məmmədovun ekspertə növbəti sualı belə oldu:

Hörmətli ekspert, siz qərarda yazmısınız ki, Pərviz Abbasovu vuran naməlum avtomobilin sürücüsü hadisəni törətdikdən sonra hadisə yerindən qaçıb.

Hakim müdaxilə edir: Siz ona görə ittiham olunmursunuz, o maddə işdən çıxarılıb.

Qurban Məmmədov: Dəxli nədir, bu ekspert verməmişdi həmin rəyi?

Bu sualdan sonra hakim də, ekspert də susdu və Qurban Məmmədov sualına cavab tapmayaraq növbəti suala keçdi.

Daha sonra Qurban Məmmədov ekspertə hadisənin baş verdiyi an özünün və hadisə yerində olan digər avtomobillərin yerləşmə sxeminin tərtibi haqqında suallar ünvanladı.

Qurban Məmmədov: Hadisə yerindən 3 sxem tərtib olunub, onun hansına görə ittiham edirsiz məni?

Ekspert: 3-cü sxemə görə.

Qurban Məmmədov: O sxem müsəntiqin tərtib etdiyi sxemdir.

Daha sonra Qurban Məmmədovun tələbi ilə şahidlərin, zərərçəkənin və digər sürücünün məhkəmədə verdiyi ifadələr yenidən dinlənildi. Ifadələrə uyğun olaraq hadisə yeri təsvir olundu və məhkəmə zalında ekspert yenidən sxem tərtib edərək nəticəyə gəldi ki, bu halda Qurban Məmmədovun idarə etdiyi avtomobilin istintaq materiallarında göstərildiyi kimi yox, əksinə, digər şəxsin idarə etdiyi avtomobilə dəyməsi istisna olunur. Ziddiyyət təşkil edən digər hallarla bağlı isə, yenidən hadisə yerində ekspertiza keçirilməsinin zəruriliyi ortaya çıxdı.

Məhkəmə prosesi 21 noyabr saat 14.00-da davam etdiriləcək.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar