RUSİYANIN ÖLÜM YAĞDIRAN “SU-35” QIRICISI – “Yalnız “F-22 Raptor”dan geri qalır”

Daha yüngül korpuslu “SU-35” 15 kilometr, ”F-35” isə 10 kilometr hündürlükdə uçur

Rusiya ilə Qərb arasında yeni soyuq müharibənin başlanması və real müharibə barədə proqnozlar tərəflərin hərbi imkanlarının müqayisəsi məsələsini də aktuallaşdırıb. Dünya KİV-ləri lokal hərbi toqquşmalar və ya geniş miqyaslı müharibə başlayarsa, Rusiya və Qərb ordularının arsenalında olan hansı silahların rolunun önə çıxacağı haqda təhlillər verirlər.

“AzPolitika.info” da mövzunun aktuallığını nəzərə alaraq, xeyli vaxtdır Rusiya və Qərb ölkələrinin, xüsusən də ABŞ-ın hərbi imkanlarının müqayisəsinin aparıldığı yazıları tirajlayır. Bu yazımızda Rusiyanın “SU 35” qırıcısı haqda söz açmaq niyyətindəyik.

Hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrinin ən qorxunc təyyarəsi, NATO təsnifatına görə “Flanker-E” adlandırılan “SU-35C” qırıcısıdır. Sovet dövründəki “SU-27” qırıcısının modernizasiyaya uğramış iki mühərriki ilə təchiz edilən bu təyyarə böyük sürətlə və yüksək hündürlükdə uçmaqla yanaşı, döyüş üçün çox vacib olan böyük miqdarda yük götürmək qabiliyyətinə də malikdir.

Qabaqcıl radioelektron avadanlıqları quraşdırılmış “SU-35”, səssiz uçan və radarlara yaxalanmayan “F-22 Raptor”-dan başqa, istənilən Amerikan təyyarəsi üçün xeyli dərəcədə təhlükəli rəqib sayılır. Məhz elə həmin səbəbdən də, Çin ordusu Rusiyanın bu yeni təyyarəsini almaq istəyir.

ABŞ HHQ–nin “F-35” hücum təyyarəsində uçan pilotlarından biri bildirir ki, ”SU-35”, stels-texnologiyası ilə təchiz edilən “F-35” üçün təhlükə törədə biləcək qədər güclüdür. ”F-35” əsas etibarıyla qırıcı bombardmançı təyyarə olduğuna görə, “SU-35” və ya “F-22”-lər kimi sürətli və hündürdən uçmaq üçün dizayn edilməyib. Çox hündürdən uçduğuna görə “SU-35”-in bortunda yerləşdirilmiş “hava-hava” raketlərinin daha uzaq məsafələrdəki hədəfləri vurmasına imkanı yaranır. Daha yüngül korpuslu “SU-35” 15 kilometr, ”F-35” isə 10 kilometr hündürlükdə uçur.

”F-22 Raptor”-un təcrübəli pilotlarından biri “SU-35” haqqında bildirib: ”Böyük və güclü mühərriki sayəsində yüksək sürətlə uçmaq və uzun müddət ərzində havada qalma xüsusiyyəti, bu maşının yaxşı avionika və möhkəm platformaya malik olmasından xəbər verir. Belə hesab etmək olar ki, bizim qarşımızda duran ”SU-35” təyyarəsi dördüncü nəsil və ya bəlkə də daha yüksək keyfiyyətli uçuş aparatıdır”.

Başqa bir təyyarəçinin, daha doğrusu “F-A 18E Super Hornet”-in pilotlarından birinin fikri ilə də tanış olaq. O, bu barədə deyib: ”Biz öz döyüş qabiliyyətimizi daimi məşqlərimizlə yüksək hazırlıq səviyyəsində saxlayırıq və ona görə də, rəqiblərimizdən öndəyik. Ancaq sözsüz ki, başqa ölkələrin pilotları da aradakı fərqi azaltmağa cəhd göstərirlər”.

Ümumiyyətlə isə, ədalət naminə, ”SU-35”-in nə zamansa Sovet İttifaqı və ya Rusiyada hazırlanmış ən effektli qırıcı təyyarə olmasını bir fakt kimi mütləq qeyd etməliyik. Lakin “Su-35”, ”F-22 Raptor”-ların gerisində qalır və iki çox mühüm parametrə görə, Amerikan təyyarəsinə uduzur: bu stels-texnologiya və yüksək elektron cihazlarla təchiz olunma səviyyəsidir.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar