Artur Rəsizadənin qohumu Hesablama Palatasına sədri gətrilir

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırması haqqında imzaladığı sərəncamla oktyabrın 22-dək Hesablama Palatasının sədri vəzifəsini tutan Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olundu. Nəticədə Hesablama Palatasının sədri vəzifəsi boşaldı. Bu arada Hesablama Palatasının sədri vəzifəsinə kimin təyin olunacağı böyük maraq doğurur.

Hökumətdəki mənbələrdən Modern.az saytına məlum olub ki, Hesablama Palatasının sədri vəzifəsinə kimin seçiləcəyi məsələsi artıq həll olunub.

Bu posta bir neçə nəfərin namizədliyi müzakirə olunsa da, sonda hazırda maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan İlqar Fətizadənin üzərində dayanıblar.

Məsəlı Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçiriləcək iclasında İlqar Fətizadənin Hesablama Palatasının sədri vəzifəsinə namizədliyinin müzakirə olunacağı, sabaha isə məsələnin parlamentin plenar iclasına çıxarılacağı bildirilir.

İlqar Fəti oğlu Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub. Ali təhsiilidir.

1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirib.

1978 - 1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

1980 - 1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrndə işləyib.

1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsinə təyin olunub.

1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. Ailəlidir. Bir övladı var.

"AzPolitika.info"-ya daxil olan məlumata görə, İlqar Fətizadə baş nazir Artur Rəsizadənin yaxın qohumudir. Fətiyev və Fətizadə soyadı ilə tanınan qardaşlar məhz baş nazirin sayəsində yüksək vəzifələr tutublar.

VAQİF

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar