ABS-dan Obamanın İlham Əliyevə məktubu ilə bağlı yeni açıqlama

Devid Hiqan: "Demokratiya Azərbaycanla ikitərəfli gündəliyimizin tərkib hissəsi olaraq qalır"

“Prezident Obamanın Azərbaycan prezidentinə təbrik məktubunda Azərbaycanla dərin və geniş əməkdaşlıq qeyd olunub. Əməkdaşlığın sütunlarından birini iqtisadiyyat təşkil edirsə, digəri demokratiya və demokratik islahatlardır. Biz bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazırıq”. Bu barədə Turan-ın Amerika prezidentinin təbrik məktubunda göstərildiyi seçki sistemində islahatlar və demokratiyanın inkişafı ilə bağlı ABŞ-ın layihələri ilə bağlı Turan-ın sualının cavabında Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.

Onun sözlərinə görə, demokratik islahatlar Amerikanın Azərbaycanla davam edən əməkdaşlığının bir hissəsidir. “Bu, ikitərəfli gündəliyimizin tərkib hissəsi olaraq qalır. Qeyd etdiyim kimi bu sütunlar bizim üçün eyni əhəmiyyət kəsb edir və biz onların daha inkişaf etməsinə, təbliğ etməkdə davam edirik”, deyə o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar