RUBL NƏZARƏTDƏN ÇIXIR - 1 avro 100 rubl!

Rusiyada rublun məzənnəsi demək olar ki, nəzarətdən çıxıb. Fins.az-ın məlumatına görə, Rusiyanın bəzi vilayətlərində 1 dollar təqribən 100 rubla dəyişdirilir.

Qeyd edək ki, Rusiya rublu dekabrın 15-də yeni antirekordlar vurub.

Ötən gün Moskva birjasında rublun məzənnəsi kəskin ucuzlaşıb. Nəticədə indi 1 dollar 64,4 rubla, 1 avro isə 78,8 rubla dəyişdirilir. Bu indiyədək rublun qeydə alınan ən aşağı məzənnəsidir.

Rusiya Mərkəzi Bankı rublun sürətli ucuzlaşmasının qarşısını almaq üçün görüşməmiş addıma əl atıb - baza kredit dərəcəsi 10,5%-dən 17%-ə qaldırılıb. Bəzi mütəxəssislər ilin sonunadək dolların 75 rubl, avronun isə 90 rubladək bahalaşagağını gözləyirlər.

Amma Rusiyanın regionlarında rublun məzənnəsi ilə bağlı təşviş başlayıb - bəzi regionlarda dollar məzənnəsi kəskin artıb. Belə ki, Yekaterinburqda banklar dollar və avronu yüksək qiymətə satmağa başlayıblar. Burada fəaliyyət göstərən Uraltransbank əhaliyə dolları 79,9 rubla, avronu isə 99,7 rubla təklif edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar