TARİX TƏKRAR OLUNUR! - “Rusiya iqtisadiyyatı məhkumdur”

“SSRİ kimi Putin Rusiyası da neftin qiyməti yüksəkdə duran zaman güclüdür”

Moskvadan gələn son xəbərlərdə Rusiya Mərkəzi Bankının təcili çağırılmış yığıncağında faiz dərəcələrinin 10,5%-dən 17%-ə kimi qaldırılması, il ərzində 50% dəyər itirən rublun gələcəkdəki düşüşünün önünü kəsməyə cəhd kimi qiymətləndirilir.

Bu tədbir çabalayan Rusiya valyutasını xilas etmək üçün atılan əlacsızlıq və çarəsizlik addımıdır. Əgər atılan indiki addımlar, hətta nəticə versə də belə, Rusiyadakı vəziyyətin ciddi şəkildə pisləşməsinin qarşısını heç cür ala bilməyəcək. Bu hal bazarda baş verən klassik böhran nümunələrindən biridir. Neftin qiymətinin aşağı düşməsi belə deməyə əsas verir ki, rus şirkətlərinin rublla dəyişmək üçün lazım olan dollarları xeyli azdır və buna müvafiq sürətdə də, rubla olan təlabat aşağı düşür. Əlbəttə, heç şübhə yoxdur ki, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar da öz rolunu oynayır.

Bütün bunların hamısını bir araya yığarıqsa, belə bir ümumi nəticəyə gəlmək mümkündür: keçən ay ərzində rubl, dollar qarşısında 22% geriləyib. Rublun məzənnəsi hətta Ukrayna qrivnası və Brent markalı neftin qiymətinə nisbətən daha çox aşağıya enib.

Ümumiyyətlə isə, vəziyyət daha da pisləşəcək. Görürsünüz ki, Rusiya iqtisadiyyatı ayda 22% geriləyən valyutası ilə birlikdə necə qarmağa ilişib. Mərkəzi Bankın çıxardığı qərardan fərqli olaraq, Rusiya iqtisadiyyatının böyümə tempini təmin etmək üçün daha aşağı faiz dərəcələri gərəkdir. Lakin hal-hazırda Rusiya şirkətləri üçün yüksək dərəcələr lazımdır ki, bu, rublu yuxarı dartsın və onların dollarla götürəcəkləri kreditlər bahalı olmasın. Əgər faiz dərəcələri aşağı səviyyədə qalarsa, rubl öz düşüşünü davam etdirəcək, infliyasiya güclənəcək. Nəticədə böyük şirkətlərin biznesi baş tutmayacaq.

Rusiya hökuməti maliyyə çalxalanması və şok üsulunu seçərək, faiz göstəricisini 10,5%-dən 17% qədər yüksəldib. Bu cür yüksək dərəcələr aqoniya halındakı Rusiya iqtisadiyyatını dərin ressesiyaya salacaq. Mərkəzi Bank neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində qalması şərtini nəzərə alaraq, qəbul etdikləri indiki faiz dərəcələrini gələcəkdə, 4,5-4,7 faiz ixtisar edəcəyini də proqnozlaşdırır. Onlar belə düşünürlər ki, bu səviyyədəki dərəcələndirmə rublun düşüşünün önünü ala bilər. Əgər bu tədbirlər rublun aşağıya yuvarlanmasını dayandırmazsa, onda Rusiya hakimiyyəti rublun dəyərini qorumaq üçün BVF (Beynəlxalaq Valyuta Fonduna) müraciət etməyə məcbur olacaq.

SSRİ kimi Putin Rusiyası da neftin qiyməti yüksəkdə duran zaman güclüdür. 1970-ci illərin sonunda səhv olaraq, elə düşünürdük ki, SSRİ-nin Əfqanıstana müdaxiləsi soyuq müharibədə bizim məğlubiyyətimizdir. Amma əslində isə onlar işğal etdikləri xalqı yalnız göylərdə gəzən neft qiymətləri hesabına yedizdirə bilərdilər. Bir müddətdən sonra Sovet İttifaqının iqtisadi ilğımı hamıya bəlli oldu. 1980-ci illərin ortasında neftin qiyməti minimum həddinə düşdü və sovet xalqı boş mağazalarda ərzaq axtarmağa başladı. Həmin tarix, marksizm və leninizmsiz bu gün də təkrar olunur.

Neftin qiyməti Rusiya üçün komfortlu üç rəqəmli səviyyədə olduğu zaman, Putin Gürcüstana və Ukraynaya soxulmağı ağlına gətirə bilərdi. İndi neftin dəyəri yarıyadək azalıb. Rusiya belə şeyləri artıq özünə icazə verə bilməz. Putin şahmat, biz isə dama oynayırıq. Ancaq Putin bu oyunu o halda oynaya bilir ki, biz ona şahmat taxtası və fiqurlar alması üçün pul borc veririk.

“The Washington Post”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar