Daha bir sayt haker hücumları nəticəsində fəaliyyətini dayandırdı

AzPolitika.info-ya iyunun 21-dən başlayan hücum bu gün də davam edir

 

Minval.az saytı davamlı haker hücumları nəticəsində 12 saatdan çoxdur fəaliyyətini dayandırıb. Sayt rəhbərliyindən Musavat.com-a verilən məlumata görə, araşdırmalar nəticəsidə haker hücumlarının arxasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun olduğu üzə çıxıb. Qeyd edək ki, araşdırma ilə bağlı yazı “Yeni Musavat” qəzetinin bu günkü manşetidir. Yazıda deyilir ki, Türkiyədə İstanbul Boğaziçi Universitetinin yaxınlığında V.Talıbovun tapşırığı ilə bir ofis qurulub. Həmin ofisdə 16 nəfərlik bir heyət çalışır. Heyət üzvləri Türkiyənin və dünyanın başqa ölkələrində informasiya kommunikasiyası texnologiyaları üzrə yüksək təhsil almış və böyük təcrübə keçmiş gənclərdən ibarətdir. V.Talıbovun həmin şəxslərə böyük paralar verdiyi iddia olunur. Məlumatda qeyd edilir ki, Azərbaycan mediasına qarşı həyata keçirilən güclü haker hücumları kimi hücumların 1 saatını 1000 manata həyata keçirirlər.

Xatırladaq ki, 3 aya yaxındır AzPolitika.info-da güclü hücum altındadır. İyunun 21-dən başlayan şiddətli haker hücumu nəticəsində saytımız 2 aya yaxın fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalmışdı. Hücum bu günlərdə də müəyyən fasilələrlə davam edir.

Araşdırmalar zamanı AzPolitika.info-ya hücumun onlarla ölkə, o cümlədən Türkiyə  üzərindən təşkil olunduğu məlum olmuşdu. Bu fakt onu sübut edir ki, seçki ərəfəsində müstəqil saytlara hücumun arxasında böyük bir şəbəkə və maliyyə dayanır.

V.Nəsibov 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar