“Fransa Azərbaycan və Ermənistan arasında dialoqu bərpa etməyə çalışır” - Səfir

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq hazırda Azərbaycan və Ermənistan arasındakı dialoqu bərpa etməyə çalışır”.

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

“Təəssüf ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında yenidən gərginlik başladı və bu gərginlik hələ də davam edir. Biz sülhün tərəfdarıyıq. Çünki sülh çiçəklənməyə səbəb olur. Neftin sürətlə ucuzlaşması, rublun kursunun düşməsi də göstərir ki, gərginlik iqtisadiyyatın sabit inkişafına xidmət etmir. Bu bölgədə də sülh və sabitliyin bərqərar olmasının tərəfdarıyıq”, - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında dialoqun bərpa olunması sülh prosesini daha da sürətləndirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar