KEÇMİŞ DEPUTAT AĞIR AVTOMOBİL QƏZASINA DÜŞDÜ - Fotolar- Yenilənib

Bu dəqiqələrdə Bakının “Azadliq” meydanında baş verən avtomobil qəzasında keçmiş millət vəkili Əliməmməd Nuriyev ağır xəsarət alıb. AzPolitika.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, BMV markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobilin toqquşması nəticəsində ikinci avtomobil aşıb. Yaxınlıqdakı vətəndaşlar keçmiş deputatı tərsinə çevrilmiş avtomobildən çıxarıblar.

Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerindən həkimə aparılan Əliməmməd Nuriyev artıq evə buraxılıb. Lent.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri deyib ki, həkimlər ona 1 həftə ərzində istirahət etməyi məsləhət görüblər: "Həkimlər yoxladılar, tomoqrafiya olundum, ciddi bir şey çıxmadı. Amma başağrılarım var. Gərək 1 həftə istirahət edim".

Ə.Nuriyev qəza anını xatırlaya bilmədiyini əlavə edib və bildirib ki, onun idarə etdiyi maşını vuran digər avtomobil sürətlə hərəkət edirmiş: "Onu xtırlayıram ki, mənim idarə etdiyim maşını arxadan yan tərəfdən vurdular. Həmin maşın sürətlə hərəkət edirdi. Sonrasını isə xatırlaya bilmirəm".

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar