"Gülər Əhmədovanın ürəyi niyə getdi? – Səbəbi məlum oldu

Sabiq deputata 2 il şərti cəza vədi verilibmiş, amma...

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilməli idi. Proses başlamamışdan əvvəl dəmir barmaqlıqlar arxasında olan sabiq deputat Gülər Əhmədova huşunu itirərək yerə yıxılıb. Dərhal onu zaldan çıxardılar və təcili tibbi yardım çağırıldı. Lakin G.Əhmədovanın səhhəti qənaətbəxş olmadığına görə, proses 25 noyabr tarixinə təxirə salındı.

Bizimyol.info saytına daxil olan məlumata görə, Gülər Əhmədovanın halının pisləşməsinə eşitdiyi bəd xəbər səbəb olub. Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasını istəyib. Lakin Gülər Əhmədovanın özünə bildirilib ki, oxunacaq hökmdə 2 il şərti cəza veriləcək. Tezliklə azadlığa çıxacağına əminlik yaransa da, məhkəmə icladından əvvəl ona 3 il azadlıqdan məhrumetmə cəzası veriləcəyi barədə məlumat verilib. Bu xəbərdən sonra təzyiqi qəfil qalxan Gülər Əhmədovanın səhhəti pisləşib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar