Pərviz Həşimlinin işi üzrə apellyasiya baxışının vaxtı bəlli olub

perviz hesimliJurnalist, hüquq müdafiəçisi Pərviz Həşimliyə çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə nə vaxt baxılacağı bəlli olub.

Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin bu qərarından apellyasiya şikayəti verilib.

2014-cü il iyulun 7-də Bakı Apellyasiya Məhkəməsində şikayət üzrə ilkin iclas keçirilib. Pərviz Həşimlinin müdafiəçiləri işə məhkəmə istintaqı qaydasında baxılmasını istəyiblər, amma bu istək təmin edilməyib. Nəticədə jurnalistin müdafiəçiləri Ali Məhkəməyə şikayət veriblər. Şikayətə noyabrın 12-də baxan Ali Məhkəmə də Pərviz Həşimlinin apellyasiya işinə məhkəmə istintaqı qaydasında baxılması istəyini təmin etməyib. Ali Məhkəmənin qərarından sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Dekabrın 17-də “Media forum” saytına açıqlamsaında vəkil Bəhruz Bayramov bildirib ki, Pərviz Həşimliyə çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə baxılması dekabrın 24-nə təyin olunub.

Vəkil Pərviz Həşimli ilə görüşdüyünü də deyib: “Saxlanma şəraitindən şikayəti yoxdur. Ailə üzvləri ilə telefon əlaqəsi saxlamaqda bəzi problemləri var idi, bu da aradan qaldırılıb. Yaxınları ilə yenə şüşə arxasından görüşür. Ancaq görüş bitənə yaxın qızı ilə iki-üç dəqiqəlik yaxından görüşməsinə icazə verilir”.

Pərviz Həşimli Bakı İstintaq Təcridxanasında saxlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar