Dünya bankları rubla yox dedi

Qərb maliyyə qurumları rublun təlatümlərindən qorunmağa çalışır

Bu həftə rublun başına gəlmiş "şok terapiyası"ndan sonra dünya bankları rubl alətləri və Rusiya kontragentlərə ilə əməliyyatları dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün “The Wall Street Journal” qəzeti yazıb. Qəzetin yazdığına görə, qərbin iri maliyyə qurumları rubla qarşı məhdudiyyətləri bu həftədən tətbiq etməyə başlayıblar.

Onlar özlərini rublun təlatümlərindən qorumaq üçün bu addımı atmağa məcbur olublar.

Bu gün səhər saatlarında Moskva birjasında rubl kəskin ucuzlaşıb. 1 dolların qiyməti 72,7 rubla qalxıb. Nəticədə, Moskva valyuta dəyişmə məntəqələri öz işini dayandırıb. Rusiya Maliyyə Nazirliyini hərəkətə keçməyə məcbur edib. Nazirlik öz valyuta ehtiyatını bazara çıxardığını bəyan edib. Rusiya Federal Xəzinədarlığının hesabındakı valyuta qalığının $7 mlrd. olduğu bildirilib. Maliyyə nazirinin müavini Aleksey Moiseyev bazara lazım olan qədər valyuta çıxaracaqlarını bildirib. Bundan sonra rublun qiyməti xeyli qalxıb və 1 dollar 62,268 rubla düşüb. Amma sonra proses sonradan tərsinə gedib və Moskva vaxtı ilə saat 11:40-da 1 dollar 66,1 rubla qalxıb.

Dünən Maliyyə Nazirliyi iri Rusiya banklarına $3 mlrd. yerləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar