Ukrayna bloklara qoşulmayan ölkə statusundan imtina edir

porosenkoPoroşenko: “Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinası haqqında qanun layihəsini parlamentə təqdim edəcəyəm”

Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın bloklara qoşulmayan ölkə statusunda imtina etməsi haqqında qanun layihəsini parlamentə təqdim edəcəyini bildirib.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko bunu Polşa parlamentində çıxışında açıqlayıb.

“Avropada sabitliyin və siyasi tarazlığın dağıldığı bir dövrdə biz təhlükəsizliyimizin birgə təminatı üçün yeni vasitələr axtarmalıyıq”, - deyə Ukraynanın dövlət başçısı söyləyib. Bu məqsədlə o, Ali Radaya qanun layihəsi təqdim edəcəyini bəyan edib: “Ukraynaya qayıdan kimi, bloklara qoşulmayan ölkə statusundan imtinanı nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəyəm”.

Xatırladaq ki, Ukrayna Viktor Yanukoviçin prezidentliyi dövründə NATO-ya inteqrasiyadan imtina edərək özünü bloklara qoşulmayan ölkə elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar