Müsavatda yeni seçkilər elan olundu

Dekabrın 17-də Müsavat Partiyasında yeni seçki kampaniyasına start verilib. Müsavat başqanının müavini Gülağa Aslanlı “Media forum” saytına bildirib ki, Məclis sədri, Məclisin katibi postlarına, Məclis, Divan və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlüyünə iddialılardan sənədlərin qəbulu dekabrın 26-na qədər davam edəcək. Namizəd olmaq istəyənlər sənədlərini Müsavat Partiyasının təşkilat şöbəsinə təqdim etməlidir.

Hazırda Müsavat Məclisində 32 yer, Divanda 4 yer (1 yeri avtomatik olaraq Məclis sədri tutacaq), Mərkəzi Nəzarət Təftiş Komissiyasında 3 yer boş qalır.

Dekabrın 27-də Müsavat Məclisinin iclası keçiriləcək. Toplantıda Məclis sədri postuna və digər strukturlara seçkilər olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar