Rusiya milyarderləri 2 gündə 10 milyard dollar itirib

Rusiyanın ən zəgin 20 milyarderi son 2 gündə rublun ucuzlaşması nəticəsində 10 milyard dollar itirib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə Rusiya milyarderləri 2014-cü il ərzində 62 milyard dollar vəsait itirib. Qərb jurnalistləri ən çox itkilərə “NOVOTEKA” şirkətinin rəhbəri Leonid Mixelsonun düçar olduğunu iddia edir. Milyarderin sərvəti 2 gündə 9,2 milyarddan 8,7 milyard dollara qədər azalıb. Vladimir Putinin dostu sayılan və mart ayından bəri ABŞ-ın sanksiyalarına uğrayan Qennadi Timçenkonun sərvəti isə 7,8 milyarddan 3,2 milyard dollara qədər azalıb.

Digər zənginlərdən Vladimir Lisin, Əlişir Usmanov, Viktor Vekselberq də çoxmilyonlu maliyyə itkiləri ilə üzləşiblər.

“Sistema” maliyyə-kredir şirkətinin rəhbəri Vladimir Yevtuşenko isə ilin əvvəllrindən 9 milyard dollar vəsait itirərək ən zəngin Rusiya zənginləri siyahısında ilk “20-lik”dən çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar