Gürcü pulu da dəyərdən düşür

Qonşu Ermənistanla yanaşı, Gürcüstanın milli valyutası da dəyərdən düşməyə başlayıb. Düzdür, dramla müqayisədə lari az risklə üzləşib, ancaq proses gedir.

Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi məlumata görə, dekabrın 17-də lari ABŞ dollarına nisbətdə bir gündə 6 bənd dəyərsizləşib.

Belə ki, Gürcüstan Mili Bankının elan elədiyi yeni kursa görə, sabahdan 1 ABŞ dollarını 1.91 lariyə almaq mümkün olacaq. Halbuki, dünən və bu gün qüvvədə olan kurs 1.85 lari olub.

Valyuta köşklərində isə dollar daha baha qiymətə satılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar