ABŞ 53 illik fasilədən sonra Kubada səfirlik açır

ABŞ iki ölkə arasında əlaqələrin stabilləşməsinin əlaməti kimi Kubada diplomatik nümayəndəliyin açılmasını müzakirə edir.

Musavat.com-un məlumatına görə, bu barədə “Associated Press” xəbər yayıb. Xəbərdə deyilir ki, Birləşmiş Ştatlar Kuba ilə diplomatik əlaqələrin bərpası üçün danışıqlar aparır.

Bəlli olduğu kimi, az öncə Kuba 5 ildir türmədə olan 65 yaşlı amerikalı Alan Qrosu azad edib.

Amerika ilə Kuba arasında gərgin münasibətlər 1961-ci ildə, Vaşinqton Havana ilə bütün diplomatik əlaqələri kəsdikdən sonra yaranmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar