Tural Mustafayev ekspertizadan keçiriləcək

Dekabrın 17-də vəkil Fariz Namazlı “Media forum” saytına deyib ki, həbsdə olan jurnalist Xədicə İsmayıldan şikayət etmiş Tural Mustafayev ekspertizadan keçiriləcək.

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham edilir. İstintaqı paytaxt prokurorluğu aparır.

Fariz Namazlının sözlərinə görə, Xədicə İsmayılın vəkilləri Tural Mustafayevin psixi sağlamlıq durumunun müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatət veriblər və vəsatət təmin olunub: “Vəsatəti işin istintaqını aparan Bakı Şəhər Prokurorluğuna vermişdik. Müstəntiq vəsatəti təmin edib və Tural Mustafayevin psixi sağlamlıq durumunun müəyyənləşdirilməsi üçün ekspertizadan keçirilməsi qərara alınıb”.

Vəkillər Fariz Namazlı və Yalçın İmanov dekabrın 17-də Bakı İstintaq Təcridxanasında Xədicə İsmayılla görüşüblər. Fariz Namazlının “Media forum”a dediyinə görə, Xədicənin saxlanma şəraitindən şikayəti yoxdur: “Əhvalı yaxşıdır, dostlara salam göndərdi, onların möhkəm olmalarını istədiyini bildirdi. İş üzrə ciddi istintaq hərəkəti yoxdur. Xədicəni dindirməyiblər. Eşitdiyimizə görə, 5-6 nəfər şahid dindirilib, amma onların kimliyi haqda məlumat ala bilmirik. İstintaq bizə məlumat vermir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar