Poroşenko Putini hədələdi

"Krımdan imtina etməyəcəyik, oarada bayrağımız dalğalanacaq"

Ukrayna Krımdan imtina etmək fikrində deyil və Krım üzərində yenidən Ukrayna bayrağı dalğalanacaq.

ANS PRESS-in məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

Krımın sağalmaz yara olduğunu deyən prezident bildirib ki, Krım Rusiyaya birləşdirilməsi bizim üçün qəbul edilməzdir: "Rusiya beynəlxalq hüquq normalarını pozub. Krım işğalçı hakimiyyətin nəzarəti altındadır. Orada işğalçılar çarlıq edir. Krım tatarları və ukraynalılar siyasi və mədəni hüquqlarından məhrum ediliblər. Amma mən və hamımız inanırıq ki, bu yarımadada bayrağımız yenidən dalğalanacaq", deyə Poroşenko bildirib.

Qeyd edək ki, Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan etmişdi ki, Ukraynada müharibə yalnız Krımın geri qaytarılmasından sonra başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar