Avropa Birliyindən Ukrayna etirafı

Jan Klod Yunker: "Ukraynaya 15 milyard dollar pul lazımdır"

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə Ukrayanada vəziyyətin normallaşması üçün planlaşdırılan köməkdən əlavə daha 15 milyard dollar pul lazımdır.

ANS PRESS-in məlumatına görə, BVF bu köməyin göstərilməsi üçün Avropa Birliyinin gücünün çatmayacağını deyir. Avropa Komissiyasının katibi Jan Klod Yunker bildirib ki, BVF Ukraynada kəsirin maliyələşməsi hesablamalarını bitirib. Ukraynaya planlaşdırılan vəsaitdən ayrı daha 15 milyard dollar lazım olacaq.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Birliyi Ukraynaya 1,6 milyard avro kömək ayrılmasını razılaşdırmışdı. Ukraynada maliyyə vəziyyəti müzakirələrinə başçılıq edən İtaliya baş naziri Pyer Karlo Padoan bildirib ki, resursun ölkə boyu mobilləşdirilməsi üçün Ukraynanın islahatlar keçirməyə böyük səy göstərməsi lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar