General İŞİD-i ifşa etdi

"Səudiyyə Ərəbistanı neft gəlirlərini terrorçulara göndərir"

İran Səudiyyə Ərəbistanını İŞİD terror qruplaşmasını maliyyələşdirməkdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, İranın Baş Qərargah rəisi Həsən Firuzabadi verdiyi açıqlamada bildirib ki, Səudiyyə Ərəbistanı neft satışından əldə etdiyi dollarları İŞİD kimi terror təşkilatlarına xərcləyir:

"Səudiyyə Ərəbistanının neft gəlirləri İŞİD kimi terrorçu qrupların xidmətindədir. Səudiyyə Ərəbistanı neft hasilatını artıraraq Qərbi yanacaq baxımından zəmanət altına alır. Bu ölkə İŞİD kimi terrorçu qrupların qurucusu və təşkilatçısıdır. Əldə etdiyi neft gəlirlərini bu təşkilatlara xərcləyir.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı kimi İŞİD-i dəstəkləyənlər üzündən Suriya və İraq başda olmaqla bölgə dövlətləri 500 milyard dollar zərər ediblər: "Maliyyə böhranı ilə qarşı-qarşıya qalan Qərb ölkələri isə həmin qruplara 300 milyard dollar maliyyə dəstəyi verib".

ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlara münasibət bildirən Firuzabadi Qərb ölkələrinin hələ də İŞİD-ə maliyyə və silah yardımı etdiyini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar