50 İLLİK DÜŞMƏNÇİLİK BİTDİ - Kuba və ABŞ barışdılar

Obama Kuba ilə diplomatik münasibətlərin bərpasını bəyan edib

ABŞ prezidenti Barak Obama rəsmi olaraq Kuba ilə diplomatik və iqtisadi münasibətlərin bərpasını bəyan edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, dövlət başçısı qeyd edib ki, bu, son 50 il ərzində ABŞ-ın xarici siyasətində ən əhəmiyyətli dəyişiklikdi.

Bundan əvvəl ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə Kuba ilə diplomatik münasibətlərin bərpa ediləcəyini bildirmişdi. Öz növbəsində, rəsmi Moskva bu addımı alqışlayıb. “Biz bu niyyətlər barədə məlumatlandırılmışdıq və bu addımı yalnız alqışlaya bilərik”, deyə diplomatik mənbə bildirib.

Kubanın lideri Raul Kastro da yerli televiziya vasitəsilə xalqa müraciət edərək ABŞ-la münasibətlərin bərpasını təsdiqləyib. “Biz yarım əsir əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa edirik”, deyə R.Kastro bildirib.

Vaşinqtonda və Havanada hər iki ölkənin səfirliyinin açılacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər 1961-ci ildən kəsilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar