Rublun dollara nisbətən aşağı düşməsi dayanıb

500-Russian-RublesRusiyada rublun dollara nisbətdə sürətlə aşağı düşməsi qismət də olsa dayanıb. Dekabrın 17-də Moskvada 1 dolları 62 rubla dəyişmək mümkün olub, amma bu durum heç də qalıcı deyil.

Vəziyyətə təsir edən amil Maliyyə nazirliyinin 7 milyard dəyərində valyuta qalıqlarını satacağını elan etməsi olub. Həm də bu hadisə prezident Putinin dekabrın 18-ə planlaşdırılan mətbuat konfransı ilə üst-üstə düşür.

Bu ilin əvvəlindən bu yana dollara nisbətdə rubl öz dəyərini yarıbayarı itirib. Buna səbəb dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Ukraynadakı fəaliyyətinə görə Qərbin bu ölkəyə yürütdüyü sanksiyalardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar