“Müsavat Partiyasının başqanı olmaq istəyirəm” - Siyavuş Novruzov

“Yeni Müsavat” qəzeti hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun təhsil naziri olacağı barədə məlumat yayıb.

“İddialara görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov təhsil naziri olmaq istəyir. Onun bu iddiasını YAP rəhbərliyindəki həmkarları da dəstəkləyir”-deyə qəzet yazır.

Məlumatda deyilir ki, son zamanlar təhsil naziri Mikayıl Cabbarovun YAP funksionerləri, xüsusilə də S. Novruzov tərəfindən müntəzəm tənqid olunması da bu səbəbdən baş verir.

Deputatın məsələyə münasibəti daha maraqlı olub.

Modern.az saytına açıqlamasında Siyavuş Novruzoc qeyd edib ki, indiyə qədər ən çox tənqid etdiyi siyasi təşkilat Müsavat Partiyası olub: “Əgər bu məntiqlə çıxış edirlərsə, yazın ki, Siyavuş Novruzov Müsavat Partiyasının başqanı olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar