Avropa Parlamenti 2015-ci il büdcə layihəsini təsdiqlədi

Dekabrın 17-də Parlament 2015-ci il üçün büdcə layihəsini və 2014-cü ilin yarımçıq qalan büdcəsini təsdiqləyib.

2015-ci ildə büdcə öhdəliyi üçün 141,21 milyard avro, Aİ büdcəsinə ödənişlər üçün isə 141,21 milyard avro ayrılacaq. 2014-ci ildən Aİ büdcəsinə yarımçıq ödənişləri tamamlamaq üçün əlavə 4,25 milyard avro ayrılacaq. Bu barədə Avropa Parlamentinin rəsmi vebsaytında xəbər verilir.

"Aydındır ki, təsdiqlənən məbləğ ən yaxşı halda Aİ borclarını stabilləşdirəcək. Aİ büdcəsinə borcların azaldılması üçün ödəniş planı çox ümidvericidir. Hökumətlər əvvəl siyasi öhdəliklər götürdülər, sonradan isə öz borclarını ödəyə bilmədilər. Yəqin ki, bunlar texniki çatışmazlığın nəticəsidir"? - dekabrın 16-da yekun büdcə müzakirələrində büdcə komitəsinin sədri Jan Artius (ALDE, Fransa) bildirib.

Üzv ölkələrdə Aİ-nin maliyyələşdirdiyi layihələri icra edən podratçı şirkətlərə pul ödənilməsi, yığılıb qalan borcları azaltmaq üçün ödəniş planının hazırlanması, Aİ qurumlarının vacib siyasi öhdəlikləri üzrə sahələrdə investisiyanın maliyyələşdirilməsi parlamentin əsas prioritetləri olub.

2014-cü il üçün əlavə 4,25 milyard avro ödəniş

Parlament vasitəçiləri Aİ-nin yerli iri müəssisələr, qeyri-hökumət təşkilatları və xırda şirkətlər kimi podratçılarına əlavə resurslardan pul ayrılması üçün razılığa gəliblər. 2015-ci ilin büdcəsinin təsdiqlənməsi ödənişin gecikməsindən ən çox ziyan çəkən benefisiarlara pul ayrılmasına imkan verəcək.

Ödəniş planı

Parlamentin təkidi ilə Aİ Komissiyası Aİ büdcəsinə yığılıb qalan borcları azaltmaq üçün plan hazırlayacaq. Komissiyanın son proqnozuna görə, 2013-cü ilə qədər bu məbləğ 23,4 milyard avroya çatıb, 2014-cü ilin sonunadək 25 milyard avroya çatacağı gözlənilir. Planda bu borcların "yolverilən" həddi də müəyyənləşdiriləcək.

Borcları azaltmaq üçün əlavə gəlirdən istifadə

Parlament çalışır ki, borcları azaltmaq üçün Aİ-nin anti-monopoliya qaydalarını pozan şirkətlərin cərimələnməsindən gələn gəlirdən istifadə olunsun. Aİ üzv ölkələri həmin gəlirin 3,53 milyard avrosunun bu məqsədlə ayrılmasına, qalanının isə milli büdcəyə köçürülməsinə razılaşıblar.

İnkişaf və xarici siyasət üçün daha çox pul

Parlament Aİ Şurasının əsasən rəqabətə davamlılıq, vətəndaşlıq və xarici fəaliyyət sahələri üzrə büdcə ixtisarlarından 0,5 milyard avro ayırıb. Həmçinin Aİ-nin "Horizon" tədqiqat və inkişaf proqramına əlavə 45 milyon avro, "Erasmus+" tələbə mübadiləsi proqramına 16 milyon avro pul ayrılması müzakirə olunub. Xarici siyasət üçün büdcə 32 milyon avro artırılıb. Bank nəzarət xidmətləri və "Frontex" sərhəd agentliyi üçün də büdcə artırılıb. 2015-ci ilin büdcə layihəsi üzrə qətnamə 250 səs əleyhinə 443 səslə təsdiqlənib. 43 nəfər səsvermədə iştirak etməyib.

Qısa arayış

Aİ-nin 2015-ci il büdcəsində 2014-cü illə müqayisədə layihələrə 2% əlavə pul ayrılacaq. Bu isə Aİ büdcəsinə əvvəlkindən 1% çox pul ödənilməsinə imkan verir. Ayrılan pulun 88%-i üzv ölkələrdə xərclənəcək, bunun 6%-i

Aİ-nin payına düşəcək. Aİ-nin büdcəsi bütövlükdə 28 Aİ üzv ölkəsinin ümummilli gəlirinin 1%-dən azacıq çoxdur. Büdcə layihəsini Aİ Komissiyası təqdim edib, Aİ Şurası və Parlament isə buna düzəlişlər ediblər. /"eunews.az"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar