Gülən tərəfdarlarından Ərdoğana QARĞIŞ: “Məzarında çevriləcək”

gulen-erdogana-beddua-ettiTürkiyədə “paralel təşkilatlanma”ya qarşı hökumətin apardığı siyasətlə bağlı qalmaqallar səngimək bilmir.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, “paralel yapı”ya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs edilən jurnalist və digər ictimaiyyət nümayəndələrinə dəstək olmaq üçün Çağlayandakı İstanbul Ədliyyəsi önündə aksiya keçirilib.

Fətulla Gülən tərəfdarlarının keçirdiyi aksiyada iki nəfərin hərəkəti diqqəti cəlb edib. Əllərində Quran kitabı və Türkiyə bayrağı tutaraq gəzən adamlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölümünü arzulayan şüarlar səsləndiriblər.

“Ərdoğan yaxın zamanlarda öləcək. Onun ömrünə az qalıb. Ondan qurtulacağıq. Dua edin. Onu torpaq da qəbul etməyəcək. Məzarında da çevriləcək”,-deyə qarğış dolu şüarları dilə gətiriblər.

Bu çağırışları Gülən tərəfdarları hörmətlə qarşılayıblar.

Dekabrın 14-də Türkiyə hüquq-mühafizə orqanlarının Gülən mediasına qarşı apardığı əməliyyat zamanı “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” televiziyasının baş direktoru Hidayət Karaca həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar