Qazaxıstan parlamenti Ermənistana “hə” dedi

“Media forum” saytı xəbər verir ki, Qazaxıstan parlamentinin aşağı palatası – Milli Məclis dekabrın 18-də Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqaviləni təsdiqləyib.

Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.

Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Ermənistan parlamentində bu proses yekunlaşıb, Rusiyada isə müqaviləni Dövlət Duması ratifikasiya edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar