DİN Bakıda soyuducuda basdırılan kişi ilə bağlı məlumat yaydı

İtkin düşmüş Masallı rayon sakininin başına sellofan keçirilib və boynu sındırılıb

Daxili İşlər Nazirliyi Bakıda adamın öldürüb soyuducuda basdırılması ilə bağlı məlumat yayıb.

İtkin düşmüş Masallı rayon sakini Əli Seyidovun meyiti tapılıb. Dekabrın 16-da Sabunçu rayonunun Ramana qəsəbəsi Südçülük sovxozu adlanan ərazidə Bakı şəhər sakini Arif Məmmədova məxsus həyətdə dekabrın 13-dən itkin düşmüş Masallı rayon sakini Əli Seyidovun əl və ayaqları yapışqanlı lentlə bağlı, başına sellofan keçirilmiş, boyunu sınmış və sifət nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti soyuducunun içərisində torpağa basdırılmış vəziyyətdə aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Lənkəran şəhər sakini Hafiz Səmədov tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar