PUTİN İQTİSADİ BÖHRAN FONUNDA ÇIXIŞ EDİB - VİDEO

[caption id="attachment_78768" align="alignleft" width="300"] Putinin ənənəvi mətbuat konfransında iqtisadiyyatla bağlı suallarla üzləşəcəyi gözlənilir[/caption]

Prezident Putin Rusiyadakı iqtisadi böhran fonunda ənənəvi il sonu mətbuat konfransını keçirir.

Keçən il dörd saatdan çox çəkmiş tədbir Rusiya televiziyası vasitəsilə canlı yayımlanır.

Konfransda neft qiymətlərinin aşağı düşməsi və sanksiyalar nəticəsində zəifləmiş rubl mövzusunun müzakirə ediləcəyi gözlənilir.

Kreml rəhbərinin Ukrayna və Rusiyanın Qərblə münasibətləri mövzusunda suallara cavab verəcəyi də gözlənilir.

BBC-nin Moskvadakı müxbiri Steven Rosenberg deyir ki, rusiyalılar prezidentlərinin iqtisadiyyat barədə nə deyəcəyini diqqətlə dinləyəcəklər.

BBC-nin məlumatına görə, baxmayaraq ki, rubl cümə axşamı nisbətən güclənib, son günlərdə o xeyli dəyərdən düşüb və Rusiya tənəzzül həddinə çatıb.

Rusiyaya tətbiq olunmuş Qərb sanksiyaları may ayında prezident Putinin Krımı Ukraynadan ilhaq etməsinin ardından gəlib.

Prezident Obamanın bu həftə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları nəzərdə tutan qanunu imzalayacağı gözlənilir.

Cümə axşamı həmçinin, Avropa liderlərinin Rusiyaya qarşı növbəti sanksiyaları təsdiq edəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar