SABIQ DEPUTATIN DÜŞDÜYÜ QƏZANIN ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO 

Xəbər verdiyimiz kimi, dünən Bakının “Azadliq” meydanında baş verən avtomobil qəzasında keçmiş millət vəkili, Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri  Əliməmməd Nuriyev ağır xəsarət alıb.BMV markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobilin toqquşması nəticəsində keçmiş deputatın  avtomobil aşıb, yaxınlıqdakı vətəndaşlar onu  tərsinə çevrilmiş avtomobildən çıxarıblar.

Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

Avtosfer.az-ın məlumatına görə, azxeber.com-un əldə etdiyi özəl videoda qəzanın anbaan görüntüləri yer alır. Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin videoregistratoru tərəfindən lentə alınan görüntülərdə qəzanın baş vermə səbəbləri açıq-aşkar görünür. Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobil “Azadlıq” meydanına çatarkən 4-cü zolaqdan 1-ci zolağa, yəni, sola dönmə əməliyyatı etməyə çalışır. Hansı ki, həmin yolda yalnız birinci və ikinci zolaqlardan sola dönməyə icazə verilir. Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan «BMV» markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə “Pajero” markalı avtomobil aşır. Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Sözügedən görüntüləri təqdim edirik:

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar