“Bu vəziyyət iki il davam edə bilər” - Putin

Rusiya Prezidenti Vladimir Putin, rublun sərt ucuzlaşmasının ardından keçirdiyi mətbuat konfransında, “Rusiya Mərkəzi Bankı və hökumət müvafiq addımları atır” açıqlamasını verib. Putin, mərkəzi bankın rublu qorumaq üçün ehtiyatlarını istifadə etməməsinin lazım olduğunu söyləyib.

Putin, Rusiya iqtisadiyyatının ilk 10 aylıq dövrdə 0.6-0.7% artdığını qeyd edib və “Bu ankı vəziyyət iki il boyunca davam edə bilər, iqtisadiyyat daha sonra sürətli yığışacaq” deyib.

Putin, Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının ziyan etməyəcəyini söyləyib. Putin dalğalanmalara qarşı Rusiyanın gəlirlərinin artdığını dilə gətirib və “Bu andan sonra rublun dəyərinin artması qaçılmzdır” ifadəsini istifadə edib.

Rusiyanın daha çox çətinliklə qarşılaşa biləcəyini ifadə edən Putin, maliyyə sabitliyi üçün yeni addımlar ata biləcəklərini söyləyib.

Rusiya Prezidenti, ölkənin mərkəzi bankının rublu qorumaq üçün ehtiyatlarının zərər görməməsinin lazım olduğunu söyləyib və 2008-də yaşanan qlobal maliyyə böhranında edildiyi kimi ölkənin mövcud iqtisadi çətinlikdən çıxacağını deyib.

Putin Moskvada keçirdiyi illik mətbuat konfransında, “Ən mənfi ssenariyə görə, bu vəziyyət iki il davam edə bilər. Bundan sonra iqtisadi artım qaçılmazdır” deyib.

Putin, pul vahidində bu həftə yaşanan enişin ardından 1998-ci ildə yaşanmış maliyyə böhranı dövrünün xatirələrini canlandıraraq yenidən etibar yaratmağa çalışır.

Rubl, neftin 5 ilin ən aşağı səviyyəsinə geriləməsi və Ukrayna böhranı ilə əlaqədar sanksiyaların iqtisadiyyata mənfi təsir etməsi ilə İyun ayından bu yana 40%-dən çox dəyər itirib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar