Putinin çıxışı başladı: dollar bir az da bahalaşdı

Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı başladıqdan sonra ölkədə dollar və avronun kursu yenidən yüksəlməyə başlayıb.

APA-nın “rbc.ru” saytına istinadən verdiyi xəbərə görə, V. Putin rublun öz itirdiyi mövqeləri bərpa edəcəyinə və son iki gündə müşahidə olunan yüksəlmə meylini davam etdirəcəyinə ümid etdiyini söyləyib.

Lakin maliyyə bazarının bu sözlərə reaksiyası müsbət olmayıb. Moskva birjasında dollar təxminən 4 rubl bahalaşaraq 63 rublu, avro isə 5 rubl bahalaşaraq 78 rublu ötüb. Rublun kursunda dalğalanma davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar