STV ilə “Zaman”ın baş redaktorları haqda həbs qərarı verildi

Bu gün “Saman yolu” televiziyasının (STV) baş direktoru Hidayet Karaca və “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı barəsində həbs qərarı verilib. Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 14-də “Gülən camaatı”na qarşı keçirlən əməliyyatlar zamanı saxlanılan şəxslərdən 12-si haqda həbs qərarı seçilib. Onların arasında STV-nin baş direktoru Hidayet Karaca və “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da var.

Xatırladaq ki, dekabrın 14-də salxlanılanların sayı 30 nəfərdən çox idi. Onlardan bir qrupu ifadələri alınandan sonra sərbəst buraxılmışdı. Qalan 16 nəfərdən 12-si haqda isə həbs qərarı çıxarılıb. Digər 4 nəfər isə sərbəst buraxılıb.

Bu şəxslər vaxtilə saxta “dəlillər” hazırlayaraq “Tahşiye” adlı qondarma cinayətkar dəstə uydurub, haqqında istintaq aparmaqda və onu təbliğ etməkdə ittiham olunurlar.

Türkiyə hökumətinin “Gülən camaatı”n qarşı əməliyyatlarılnın davam edəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar