Ermənistan böhranla üz-üzə: ərzaq sürətlə bahalaşır

Ölkənin baş naziri məsələ ilə bağlı tapşırıq verib

Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşmağa başlayıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

O, iqtisadi rəqabətin qorunması üzrə komissiyasının sədri Artak Şabonyana tapşırıb ki, onu kütləvi istehlak mallarının qiymətlərinə dair gündəlik məlumatlarla təmin etsin.

“Dünən şəkər, un və bir sıra digər vacib məhsulların qiymətlərində ciddi bahalaşma olub. Əsassız qiymət bahalaşması yolverilməzdir”, - deyən O.Abramyan əlavə edib ki, valyuta bazarındakı dəyişikliklər ölkə iqtisadiyyatına təsir göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar