RUSİYA İQTİSADİYYATINI OBAMA DAĞIDIR? – “Əsas məqsədi Putinə zərbə vurmaqdırsa...”

“Putin həqiqətən də inanır ki, bütün fəaliyyətlər onun hakimiyyətinin zəiflədilməsinə hesablanıb”

Oktyabr ayının əvvəlində Moskvadakı çıxışı zamanı Vladimir Putin sanksiyalara əhəmiyyətsiz yanaşdığını nümayiş etdirərək deyirdi: ”Bu axmaqlıqdır və belə hərəkətlər yalnız Qərbin öz şirkətlərinə ziyan vuracaq”. Amma indi Rusiya iqtisadiyyatı sürətlə boğulmağa doğru gedir, neftin qiyməti və rublun məzənnəsi isə düşür.

Hal-hazırda Putin üçün çox ağırdır. Vaşinqtonda isə prezident Obamanın Rusiyanı izolyasiya ilə cəzalandırması strategiyasının tərifə layiq olub-olmaması haqqında mübahisələr başlayıb. ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol bildirib: “Sanksiyaların ayrılıqda götürülmüş nəticələrini ümumi mənzərədən fərqləndirmək çətindir. Amma aydındır ki, başlıca hərəkətverici qüvvə neft qiymətlərinin düşməsidir. Lakin bununla yanaşı, şübhəsiz ki, sanksiyalar Rusiya iqtisadiyyatının perespektivini qeyri-müəyyən edir. Onların iqtisadi inkişaf nazirinin özü də etiraf edib ki, makro iqtisadi göstəricilərin necəliyindən asılı olaraq rubl daha sürətlə aşağı enir”.

Barak Obama Rusiya rəhbərliyinə olan münasibətdə öz ehtiyyatlılığını saxlayır. İki gün əvvəl Ağ Evdən bildirilib ki, Obama Moskvaya qarşı əlavə sanksiyaların tətbiqinə dair qəbul edilmiş yeni qanuna imza atacaq. Konqresin hər iki palatasından keçmiş həmin qanunda Ukraynaya hərbi yardımın həyata keçirilməsi də nəzərdə tutulur.

Obamanın məmurlarından biri bildirib: “Putin iqtisadiyyatı zərbə ardından zərbə almasına baxmayaraq, bu zərbələrin, onun Ukraynadakı siyasətinə təsir etməsi əlaməti, hələki qətiyyən hiss edilmir”.

Bəzi analitiklərin fikrinə görə isə, Obamanın bu məsələyə dair qaneedici nəticə əldə etdiyini söyləmək tezdir. ”Eurasia Group”un prezidenti İen Bremer deyib: “Əgər aparılan siyasətin əsas məqsədi Putinə zərbə vurmaqdırsa, burada sözssüz ki, Obama müvəffəqiyyət qazanıb. Lakin mənə elə gəlir ki, bu siyasətin başlıca məqsədi Ukraynaya kömək etməkdir”.

Ümumiyyətlə isə, ABŞ əsasən Rusiyadan öz hərbçilərini və hərbi texnikasını Ukraynadan çıxarmağı tələb edir. Həmin tələbin içərisində Ukrayna ilə Rusiya sərhəddinin bağlanması da durur. Bir çox ekspertlər iqtisadi böhranın yaxın zamanlarda Putinin davranışına təsir göstərəcəyinə şübhə ilə yanaşırlar. Makfol bu barədə qeyd edib: “Rusiya dövlət kütləvi informasiya vasitələri ölkədəki böhranın əhəmiyyətini aşağı salmağa çalışaraq, baş verənlərin hamısını Qərb ölkələrinin Rusiyadakı rejimi dəyişmək üçün həyata keçirdikləri siyasət adlandırırlar. Putin həqiqətən də inanır ki, bütün fəaliyyətlər onun hakimiyyətinin zəiflədilməsinə hesablanıb. O, məsələnin kökündə şərqi Ukraynanın durmasını heç düşünmür”.

Elə bu səbəbdən də, ABŞ-dakı mühafizəkarlar Obamaya Ukraynaya silah göndərilməsi üçün çağırış edirlər. Həmin qanuna görə, tank əleyhinə silahlar və zirehli döyüş texnikası da daxil olmaqla, 350 milyon dollarlıq hərbi texnika Ukraynaya göndərilə bilər. Ancaq nəzərdə tutulan qanuna görə, Obamanın Ukraynaya silah göndərməsi məcburi deyil.

“Politico”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar