Avropa Parlamenti Gürcüstanla assosiasiya sazişini təsdiqlədi

Dekabrın 18-də Avropa Parlamenti Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişini ratifikasiya edib.

“Media forum” saytı xəbər verir ki, Avropa Parlamentinin 490 deputatı Gürcüstanla assosiasiya sazişini dəstəkləyib, 76-sı əleyhinə səs verib, 57 nəfər bitərəf qalıb.

Səsvermə zamanı Avropa Parlamentinin zalında Gürcüstanın hazırkı dövlət başçısı Georgi Margvelaşvili və sabiq prezident Mixail Saakaşvili də olublar.

Avropa İttifaqı ilə assosiasiya sazişi iyunun 27-si Brüsseldə imzalanıb.

Sənədin tam qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv ölkələrin parlamentləri onu ratifikasiya etməlidilər. Dekabrın 18-nə olan məlumata görə, Avropa İttifaqının 28 ölkəsindən 10-u sazişi ratifikasiya edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar