Corc Soros Ukrayna Milli Bankının rəhbəri ola bilər

Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə məşhur amerikalı milyarder Corc Soros təyin oluna bilər.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “112-ci telekanalı” Ali Radadakı mənbələrə və prezident Pyotr Poroşenkonun ətrafındakı şəxslərə istinadən məlumat yayıb.

Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə namizədlər arasında Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti Dominik Stross-Kanın adı da hallanır. Ümumilikdə hazırda 5 nəfərin namizədliyi nəzərdən keçirilir. Onların arasında ABŞ Federal Rezerv Sisteminin nümayəndələri də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar