Putin şəxsi həyatı ilə bağlı suala nə cavab verdi?

Bu günkü mətbuat konfransında şəxsi həyatı ilə bağlı sualı cavablandıran Vladimir Putin deyib ki, onunla “hər şey qaydasındadır”. ”Quberniya” telekanalının müxbiri Yelena Yevtukova Putinə belə bir sual ünvanlayıb:

“Mən bura gəlməyə hazırlaşanda, öz tanışlarımdan soruşdum ki, siz Vladimir Putinə hansı sualı verərdiniz? Mənin xalamın rəfiqələri hamısı bir nəfər kimi, söylədilər: o ki, Rusiyanın evlənməli olacaq əsas subay kişisidir... Artıq bir ildən artıqdır ki, subay olan Vladimir Vladimiroviçin şəxsi həyatı üçün vaxtı varmı?”

Putin isə cavabında bunları deyib: “Əvvəla, xalanızın rəfiqələrinə mənim salamlarımı çatdırın. Belə diqqətinə görə onlara təşəkkür edirəm. Mənimlə hər şey qaydasındadır. Narahat olmayın. Lyudmila Aleksandrovna ilə mənim çox yaxşı münasibətlərim var. Biz onunla müntəzəm görüşürük. Mən hələ uşaqlar haqqında demirəm, əlbəttə ki, bu da bəlli olan bir şeydir.”

Daha sonra Putin belə bir hadisə də danışıb ki, dostlarından biri maraqlanaraq ondan soruşub: “Sənin məhəbbətin varmı? Mən isə cavab verdim ki, hansı mənada? O dedi ki, yəni sən kimisə sevirsən? Mən də dedim ki, bəli. O, yenidən soruşdu ki, bəs səni necə, kimsə sevirmi? Mən də dedim ki, bəli”.

Putin əlavə edib ki, onun bu sözlərdən məmnun qalan dostu rahatlıqla bir qədəh araq da vurub.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar