“Gürcüstan “3” qiymətinə güclə çatır” - Saakaşvili

saakashvili-mikhail.si“Gürcüstanın hazırkı hakimiyyətinin fəaliyyəti ölkənin Avropa tipli dövlətə çevrilməsi üçün qənaətbəxş deyil”.

APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Avropa Parlamentinin hazırladığı qətnamə ilə bağlı fikirlərini Strasburqda jurnalistlərlə bölüşərkən bildirib. O qeyd edib ki, Avropa ölkəsindəki mövcud problemləri görür və bu problemlər sözügedən qətnamədə də əksini tapıb:

Gürcüstanın Avropanın bir hissəsi olmasına kimsə şübhə etmir, lakin o qətnamədə ölkədəki problemlər əksini tapıb. Hər şey barəsində yazılıb və heç də diplomatik üslubda deyil. Gürcüstan həmişə bu proseslərdə əlaçı olub. Fakt odur ki, indi “üç” qiymətinə güclə çatırıq. Məni bu şəhərə səfər həmişə sevindirirdi, çünki biz hər zaman əlaçı idik. Ölkəmizin lideri kim olur olsun, mən Gürcüstanın “iki alan şagird” olmasını istəmirəm. Və istəmirəm ki, az qala hər dəqiqə bizi “qovulmaq”la hədələsinlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar