“Ucuzlaşan erməni dramı deyil, ermənilərin həyatıdır...” - “Aykakan Jamanak”

Ermənistandakı bahalaşma yerli tənqidçi mətbuatın diqqətdə saxladığı əsas mövzulardandır.

Musavat.com-un məlumatına görə, “Aykakan Jamanak” qəzeti bu xüsusda yazır: “İndi ən tez-tez səslənən fikirlərdən biri budur ki, insanlar sabaha inam və ümidlərini itiriblər. Ölkədən güclü emiqrasiyanın ən mühüm səbəblərindən biri də budur. Son həftələr Ermənistanda dramın kursunun hər gün düşməsindən dolayı qiymətlərin saatbasaat artması ilə bağlı baş verənlər vətəndaşları təkcə sabaha yox, bu günə inamdan da məhrum edib”.

Qəzetin yazdığına görə, gerçəkdə indi dəyərsizləşən erməni dramı yox, ermənilərin həyatıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar