İran “Məhəmməd Rəsulallah” adlı hərbi təlimlərə başlayır

İran dekabrın 23-dən 31-dək ölkənin bütün hərbi poliqonlarını əhatə edən «Məhəmməd Rəsulallah» adlı genişmiqyaslı taktik təlimlər keçirəcək.

APA-nın «Təsnim» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin nümayəndəsi, briqada generalı Əbdülrəhim Musəvi bildirib.

Təlimlərə Quru Qoşunları ilə yanaşı, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının və «Bəsic» könüllü birlikləri qatılacaqlar.

Təlimdə ilk dəfə İran bir neçə il əvvəl ələ keçirilmiş ABŞ-a məxsus pilotsuz uçuş aparatının yerli müəssisələrdə hazırlanmış klonundan istifadə edəcək. Həmçinin yeni raketlərlə atışlar həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar