CNN telekanalı Azərbaycanla bağlı videoçarxlar nümayiş etdirib

Mədəniyyət və Turizm Nazirliyinin CNN telekanalı ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın turizm imkanlarına həsr olunan 1 dəqiqəlik və 45 saniyəlik videoçarxlar nümayiş etdirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, qurum CNN telekanalı ilə 2006-cı ildən əməkdaşlığa başlayıb və 2012-ci ildən etibarən televiziya kanalı ilə planlı şəkildə birgə fəaliyyəti uğurla davam etdirilir:

“Mədəniyyət və Turizm Nazirliyi və CNN televiziya kanalı arasında əməkdaşlıq çərçivəsində həmin kanalda ölkəmizə həsr olunmuş müvafiq video çarxların, habelə verilişlərin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu müddət ərzində Azərbaycana həsr olunan iki video çarx hazırlanıb və həmin çarxlar nümayiş etdirilib. Həmçinin CNN-in məşhur "Eye on" verilişinin Azərbaycana həsr olunması, habelə atoz.az saytının yaradılması da təmin edilib”.

Nazirlikdən əlavə ediblər ki, əməkdaşlıq çərçivəsində Davos şəhərində keçirilən Dünya İqtisadi Forum zamanı CNN televiziya kanalının müxbiri Richard Quest Azərbaycanın iqtisadi inkişafı mövzusunda prezident İlham Əliyevdən müsahibə götürüb.

Qeyd edək ki, CNN telekanalını gün ərzində 182 milyon tamaşaçı izləyir. Nazirlik telekanalla əməkdaşlığı 2015-ci ildə də davam etdirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar