“Boko Haram” 185 nəfəri girov götürüb

Nigeriyada “Boko Haram” terrorçu qruplaşmasının üzvləri 185 nəfəri girov götürüblər.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terrorçuların Qumsuri kəndinə hücumu zamanı 32 nəfər qətlə yetirilib.

Girov götürülənlər qadın və uşaqlardır.

Yerli administrasiyadakı mənbə bildirib ki, silahlı şəxslər kənddə olan kişiləri öldürdükdən sonra qadınları və uşaqları bir yerə yığaraq özləri ilə aparıblar. Onlar həmçinin kənddəki evləri yandırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar