Neft düşməsi Azərbaycana hansı ziyanı vurur?- Qubad İbadoğlu açıqladı

İqtisatçı alim Qubad İbadoğlu Dünya iqtisadiyyatında baş verən proseslərə toxunub. Q.İbadoğlu bu barədə öz facebook profilində status yazıb. Statusda deyilir: "Dünya iqtisadiyyatında çox sürətli proseslər başlayıb. Yalnız neftin qiymətlərinin ucuzlaşmasının deyil, həm də regionumuzda hökmran mövqeyə malik olan Rusiyanın iqtisadiyyatında müşahidə olunanlar Azərbaycanda da iqtisadiyyatı çox maraqlı edib. İqtisadiyyatımız hər 2 tərəfdən olan təsirlərə dözə biləcəkmi? Milli iqtisadiyyatımızın bu təsirlərə nə qədər davam gətirməsi hökümətin yeni şəraitdə seçdiyi kursdan asılı olacaq. Əgər dünya bazarında neftin gələn ilki orta qiyməti bu günkü səviyyədə qərarlaşarsa, onda proqnozla müqayisədə Azərbaycan Dövlət Neft Fondunun mənfəət neftinin satışından itkiləri il ərzində 6,6 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin itkiləri isə 700 milyon dollar ətrafında olacaq".

Daha sonra iqtisadçı alim yazıb: "Son statistik məlumatlar göstərir ki, neftin qiymətinin ucuzlaşması və Rusiyada baş verənlər ilk növbədə xarici ticarət balansına təsir edir. Belə ki, bu ilin 11 ayında əvvəlki ilin eyni dövrünə nisbətən xam neftin ixracatında 1 milyard dollar azalma qeydə alınıb. Ümumilikdə isə, müqayisə olunan dövr üzrə ixracat 1,2 milyard dollar azalıb ki, onun da 400 milyon dolları Rusiyayada ixracatın payına düşür. Göründüyü kimi, Rusiyada milli valyutanın sürətlə dəyərdən düşməsi qeyri-neft məhsullarının ənənəvi ixrac bazarını iqtsiadi cəhətdən əlverişiz edir. Dövr ərzində idxalatın da 1,6 milyard dollar aşağı düşməsi, bütövlükdə xarici ticarət dövriyyəsinin 2,8 milyard azalmasına gətirib çıxarıb. Bütün bunlar makroiqtisadi siyasətə təsirsiz ötüşməyəcək. Hazırda hökümətin qarşısında duran ən vacib məsələ təsirlərin və onların yaratdığı risklərin düzgün idarəolunmasıdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar