Hafka “Bakı”nı dağıda bilər

Azərbaycan Premyer Liqasında klubların qərarlaşdığı yer onların rəhbərliyini kəskin addım atmağa vadar edir. Axar.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun himayə etdiyi “Araz-Naxçıvan” komandasının ardınca “Bakı” da analoji taleyi yaşamaq üzrədir.

İş adamı Hafiz Məmmədovun – Hafkanın sahiblik etdiyi paytaxt klubu rəsmən çempionatla vidalaşmaq təhlükəsi qarşısındadır. Bu turda təyyarəçilərə - AZAL-a məğlub olan Hafkanın komandası siyahıda sondan birinci yerdədir. “Araz-Naxçıvan”ın fəaliyyətinə xitam verdiyinə görə “Bakı” turnirdə sonuncu pillədə məskunlaşıb.

Məlumatda deyilir ki, komandanın seyntnot vəziyyətindən çıxacağı inandırıcı görünmür.

Hafkanın Fransadakı klubunun da oxşar aqibəti yaşaması deməyə əsas verir ki, milyonçunun futbol imperiyası süquta uğrayır.

Gələn xəbərlərdə iddia olunur ki, “Bakı”nın erasına son qoyulması planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar