ABŞ Fələstinə yox dedi

Cen Psaki: Belə bir qərara dəstək verməyimiz mümkün deyil

ABŞ Dövlət Departamentinin nümayəndəsi İordaniyanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi Fələstin barədə sənədə öz münasibətini bildirib. ANS-in məlumatına görə, sənədlə tanış olduqlarını deyən Cen Psaki belə bir qərara dəstək vermələrinin mümkün olmadığını deyib:

“Qərar layihəsini gördük. Bizim belə bir layihəyə dəstək verməyimiz mümkün deyil. Hesab edirəm ki, bu yerdə başqaları da eyni cür fikirləşir və tərəfləri daha çox müzakirəyə dəvət edirəm. Fələstinlilər bunu bilir”.

Psaki həmçinin müzakirələr nəticəsində həyata keçiriləcək hər hansı bir kor-təbii hərəkətə də dəstək vermyəcəklərini açıqlayıb.

Qeyd edək ki, İordaniyanın BMT TŞ-yə təqdim etdityi sənəd 2017-ci ilin sonuna qədər İsrailin işğal etdiyi Fələstin torpaqlarından çıxmasını, sərhədlərin 1967-ci ildən əvvəlki kimi olmasını, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını və tərəflərin sülh şəraitində yaşamasını nəzərdə tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar